Ukraynanın paralimpiya çempionu Denis Dubrov dünyasını dəyişib.
Bu barədə Dnepr Üzgüçülük Federasiyası məlumat yayıb.
33 yaşlı üzgüçünün ölümünün səbəbləri hələlik bəlli deyil.
Qeyd edək ki, Denis Dubrov Rio-2016 Yay Paralimpiya Oyunlarında 3, Tokio-2020-də isə 1 qızıl medal qazanıb. O, ümumilikdə paralimpiadalarda 11 mükafata sahib çıxıb.