Ukraynalı atıcı: “Psixoloji baxımdan çətin idi” - Yenilənib

Ukraynalı atıcı: “Psixoloji baxımdan çətin idi” - Yenilənib
İDMAN
16:39 02.06.2022
586
25 metr məsafəyə tapançadan atış üzrə qadınlar arasında yarışın qızıl medal qalibi Bolqarıstan atleti Antoaneta Kostadinova olub. Çempionu Azərbaycanın Gənclər və İdman nazirinin müavini Mariana Vasilyeva təbrik edib. 

"Mariana Vasilevanın məni qızıl medalla təltif etməsini gözləyirdim. 3 gün bundan öncə ona söz vermişdim ki, burda qalib olacam. O, mənə dedi ki, qızıl medal qazanmalısan, başqa yolun yoxdur. Seçimim olmadığı üçün işimə məsuliyyətlə yanaşdım. Sözümü tutduğum üçün xoşbəxtəm. Qızıl medal qazandığım üçün sevincliyəm” – bunu Antoaneta Kostadinova deyib.

"Bütün idmançıları dəstəkləyirəm. Bu gün qızıl medal qazanan Antoaneta Kostadinovanı isə yaxından tanıyıram, gözlərimin önündə böyüyüb, vaxtilə işlədiyim zalda idmanla məşğul olub. O, təkcə bolqarıstanlı deyil, həm də mənimlə eyni şəhərdəndir. Məşqçisi də həmin şəhərdəndir. Bu yarışda onlara olan hörməti görürəm. Çünki Tokio Olimpiadasında gümüş medal qazanmışdırlar”- nazir müavini belə bildirib.

Gənclər və İdman nazirinin müavini Dünya Kubokunun Bakıda təşkilinin səviyyəsi barədə də danışıb. "Azərbaycan ilk növbədə öz qonaqpərvərliyi ilə seçilir. Ölkəmizdə çox sayda beynəlxalq yarışlar keçirilir deyə, bu işdə təcrübəmiz böyükdür. Bu gün atıcılıq üzrə Dünya Kubokunda təşkilatçılıqla bağlı nöqsan yoxdur. Ona görə də dünyanın bütün ölkələri böyük məmnuniyyətlə Azərbaycandakı yarışlara qatılır. Üstəlik, koronavirus pandemiyasından sonrakı dövrdəyik. Belə bir zamanda bu cür geniş miqyasda tədbir təşkil etməyi hər ölkə bacarmır” – deyən xanım Mariana Vasilyeva əlavə edib: "Başda Azərbaycan Atıcılıq Federasiyasının prezidenti olmaqla federasiyanın nümayəndələri və yarışın Təşkilat Komitəsi 66 ölkənin, 700-dən çox atıcının iştirak etdiyi Dünya Kubokunun öhdəsindən layiqincə gəlməkdədir. Kiminlə danışmışamsa, hər biri yenidən Azərbaycana gəlməyi arzuladığını deyib. Bu isə işin öhdəsindən layiqincə gəldiyimizi göstərir”.
 
14.12

Bakıda atıcılıq üzrə davam edən Dünya Kubokunun bugünkü yarışında həyəcanlı anlar hər kəsin gözünü yaşatdı. 50 metr məsafəyə tüfəngdən atəş üzrə finalda Ukrayna atleti Sergiy Kuliş hindistanlı Suapnil Kusaleni 16:10 hesabı ilə yenərək qızıl medal qazanıb.

AZXEBER.COM xəbər verir ki, "Vətənimdəki müharibə ilə bağlı 3-4 aydır yarışlara qatılmırdım. Ona görə də Dünya Kubokuna köklənmək psixoloji baxımdan çətin idi. İstənilən halda hədəflədiyim qızıl medalı qazandım” – deyən ukraynalı çempion azərbaycanlılara təşəkkür edib.  

Azərbaycana ilk səfəri olmadığını bildirən Sergiy Kuliş əlavə edib: "Ona görə də burada gördüyüm xoş münasibət və yaradılan əla şərait məni təəccübləndirmədi. Atletlərin rahatlığı üçün hər cür imkan yaradılıb. Bakıda olduğum bu neçə gündə söhbətləşdiyim insanlardan Ukraynaya dəstək gördüm. Bu, məni çox sevindirir və ruhlandırır”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək
20:44 28.02.2025
Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
20:10 28.02.2025
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
19:55 28.02.2025
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
19:42 28.02.2025
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
19:31 28.02.2025
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
19:18 28.02.2025
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
19:09 28.02.2025
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR