Ukraynalı deputat: “Ermənistan Qarabağda törətdiyi vandalizm aktı ilə tarixi məhv edib”

Ukraynalı deputat: “Ermənistan Qarabağda törətdiyi vandalizm aktı ilə tarixi məhv edib”
DÜNYA
20:57 24.08.2021
1097
"Ukrayna hər zaman Azərbaycanın dostu olub və ərazi bütövlüyünü dəstəkləyib”.

Bunu "Report”a açıqlamasında Ukraynanın hakim partiyasının üzvü, deputat Volodimir Kreydenko bildirib.

O ilk olaraq bu gün qeyd edilən Ukraynanın Müstəqillik Gününün bir növ milliliyə qayıdış olduğunu və Ukraynada bu bayramın təntənəli paradlar, milli adət-ənənələri icra etməklə qeyd edildiyini vurğulayıb.

Siyasətçi Azərbaycan və Ukrayna arasında tarixən dostluq əlaqələrinin mövcudluğundan danışarkən qeyd edib ki, gələcəkdə bu əlaqələr daha da güclənəcək: "Ukrayna hər zaman Azərbaycanın dostu olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Burada Azərbaycandan olan xeyli adam var, onlara da dostcasına yanaşırıq. Bizim yerli əhalinin də Azərbaycana münasibəti yaxşıdır. Hətta ətrafımda Azərbaycan dili ilə maraqlanan adamlar da var. Onlar Azərbaycan diasporu ilə mütəmadi əlaqədədirlər. Ancaq burada Azərbaycan dili o qədər də populyar deyil. Bu dili populyarlaşdırmaq üçün müəyyən addımlar atılmalıdır”.

İctimai xadim deyib ki, azərbaycanlılar Ukraynaya tez-tez səfər edirlər: "Bizim vətəndaşlar nadir hallarda Azərbaycana gəlir. Bunu təbliğ etmək və səfər qiymətlərini aşağı etmək lazımdır. Bu, turizm əlaqələrini gücləndirmək üçün çox vacibdir. Düşünürəm ki, Qarabağa səfər təşkil olunsa, Ukrayna vətəndaşları arasında oraya gəlmək istəyənlər çox olacaq. Mən iki dəfə Azərbaycanda olmuşam. Azərbaycan mətbəxini, Bakını, Dənizkənarı Bulvarı və tarixi abidələri çox bəyənmişəm. Ukrayna xalqı yeməyi və gəzməyi çox sevir. Ona görə də təbliğat güclü olsa, gediş-gəliş daha da möhkəmlənəcək”.

Deputat Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və işğaldan azad olunan ərazilərdə tarixi abidələrin dağıdılmasından da söz açıb: "Gec də olsa ədalət qələbə çalır və haqq öz yerini tapır. Bu tarixi zəfər haqqın öz yerini tapmasının ən bariz nümunəsidir. Bundan sonrakı prosesdə hər kəs Azərbaycanın öz tarixi torpaqlarını necə bərpa etdiyini görəcək. Bəlkə də abidələri bərpa etmək olar, ancaq tarixi bərpa etmək çətindir. Ermənistan Qarabağda törətdiyi vandalizm aktı ilə tarixi məhv edib. Bu səbəbdən də tarixi abidələrin dağıdılması qəbuledilməzdir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
16:31 02.07.2026
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
16:16 02.07.2026
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
16:05 02.07.2026
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər