Ukraynalı general: "Rusiyanın itkiləri bizimkindən 8-10 dəfə çoxdur"

Ukraynalı general: "Rusiyanın itkiləri bizimkindən 8-10 dəfə çoxdur"
DÜNYA
19:26 05.07.2023
246
"Rusiyanın itkiləri bizimkindən 8-10 dəfə çoxdur".

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu Ukrayna Quru Qoşunları komandanı, general Oleksandr Sırski "ABC News”a müsahibəsində bildirib.

Başqa bir general, Ukraynanın "Tavriya” əməliyyat-strateji qruplaşmasının komandanı Oleksandr Tarnavski də nəşrə müsahibəsində Donetskin Baxmut şəhərinin Rusiya hərbçilərindən azad ediləcəyini vurğulayıb.

Hər iki komandan Ukraynanın bütün potensialından hələ yararlanmadığını söyləyərək əks-hücum əməliyyatının plan üzrə davam etdiyini bildiriblər. O.Sırski bildirib ki, bütün əməliyyatlar təsdiqlənmiş plan üzrə gedir.

Cənub istiqamətində əks-hücuma başçılıq edən Sırski vəziyyətin sabit olduğunu vurğulayıb. Onun sözlərinə görə, "Vaqner”in başçısı Priqojin qiyamının nəticələri Ukraynadakı döyüşlərə təsir etməyib: ”Hazırda "Vaqner” yoxdur. O, bir ay əvvəl geri çəkilib. Bu səbəbdən də mənim məsuliyyətim olan istiqamətdə döyüşlərin nəticəsinə təsir göstərməyib. Rusiyadakı hadisələrə təsir etsəydi, bizə yaxşı olardı”. Sırski deyib ki, əks-hücum nəticəsində Ukrayna müdafiəçiləri 7 kəndi və 2014-cü ildən Rusiyanın nəzarətində olan əraziləri azad edib.

Öz növbəsində, Oleksandr Tarnavski nüvə silahından istifadə təhlükəsi haqqında danışarkən söyləyib ki, müharibə boyu nüvə silahı xəyalı bir neçə dəfə, xüsusən ruslar üçün döyüş meydanında vəziyyət aydınlaşanda ortaya çıxıb: "Əgər mən narahat olduğumu desəm (nüvə zərbəsi ilə bağlı - red.), yalan danışaram. Təbii ki, nüvə silahının artıq Belarusda olduğunu və ya orada yerləşdiriləcəyini nəzərə almalıyıq. Ona görə də biz gələcək üçün planlar və proqnozlar tərtib edərkən bunu nəzərə almalıyıq. Ancaq bu məni qətiyyən qorxutmur”.

Bununla belə, hər iki general hələ də nüvə silahından istifadə imkanını istisna edirlər.

O.Sırskinin sözlərinə görə, Qərbdən olan müttəfiqləri Ukraynadan fəal hücuma keçməyi tələb etmirlər.

O.Tarnavski isə bildirib ki, Rusiyanın əsas hədəfi Qərbin hərbi texnikasıdır: "Onlar daha çox texnika məhv etməyə çalışırlar”.
OXŞAR XƏBƏRLƏR