Ukraynalı jurnalistlər Qarabağa XİN-in icazəsi ilə gedib

Ukraynalı jurnalistlər Qarabağa XİN-in icazəsi ilə gedib
SOSİAL
17:54 15.07.2016
1615

"Ukraynanın İCTV telekanalının çəkiliş qrupu bir müddət əvvəl Azərbaycanda olub və qoşunların təmas xəttindəki vəziyyət, Ermənistan qoşunlarının mülki Azərbaycan əhalisinə qarşı törətdikləri hücumlar barədə ətraflı və obyektiv veriliş hazırlayıb".

Bu barədə İCTV telekanalının çəkiliş qrupunun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar KIV-in sorğusuna cavab olaraq Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.H. Hacıyev qeyd edib ki, bu səfərdən sonra İCTV-nin çəkiliş qrupu rəsmi şəkildə Xarici İşlər Nazirliyinə müraciət edib və Azərbaycanın işğal olunmuş ərazilərində çəkiliş aparmaq üçün XİN-in akkreditasiyası və icazəsini xahiş edib. İCTV-nin redaktor müavini Viktor Soroka tərəfindən XİN-nə ünvanlamış 12 may 2016-cı il tarixli məktubda deyilir:“Jurnalist Yaroslav Marçenko və Oleksandr Kulakov Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, o cümlədən Azərbaycanın qanunlarına tam hörmət edirlər. Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə səfər heç bir halda işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin təşviqinə xidmət etməyəcək. Bununla əlaqədar, İCTV-nin çəkiliş qrupuna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər üçün icazə və akkreditasiya verməyinizi xahiş edirik”.Xarici KİV nümayəndələrinin akkreditasiya qaydalarına uyğun olaraq, bu müraciət nəzərdən keçirilib və İCTV kanalının çəkiliş qrupuna Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək üçün icazə və akkreditasiya verilib. "XİN tərəfindən xarici KİV nümayəndələrinə verilən akkreditasiya kartı bütün Azərbaycan ərazisində, o cümlədən Xankəndi, Şuşa, Ağdam, Kəlbəcər və digər işğal olunmuş ərazilərimizdə hüquqi gücə malik sənəddir. İCTV kanalının işğal olunmuş ərazilərimizdən hazırladığı verilişin mahiyyəti ilə razılaşmasaq da, bu kanalın işğal altındakı ərazilərimizə Azərbaycanın qanunlarına hörmət edərək, müvafiq icazə və akkreditasiya kartı əsasında səfəri qeyd olunmalıdır”, - deyə H. Hacıyev bildirib.Sonda H. Hacıyev qeyd edib ki, bəzi media orqanlarının işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlərinə baxmayaraq, "The New York Times", Polşanın İctimai Televeziyasi, "Al Jazeera Arabic" və digər KİV nümayəndələri məhz Azərbaycanın icazəsi ilə həmin ərazilərə səfər ediblər. Hal-hazırda bu qəbildən olan bir neçə müraciət də nəzərdən keçirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'
Tatarıstan rəhbəri Mehriban Əliyevanı təbrik etdi
11:25 24.08.2025
Tatarıstan rəhbəri Mehriban Əliyevanı təbrik etdi