Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq

Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
SİYASƏT
14:21 25.05.2025
446
Ukrayna Azərbaycan investisiyalarını dəstəkləməyə hazırdır.
 
AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, bugünkü təkbətək və geniş tərkibdə danışıqlar zamanı digər məsələlərlə yanaşı, ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələləri də müzakirə olunub:

"Bəli, ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir. Bununla belə, daha böyük inkişaf üçün potensial mövcuddur. Biz bu məsələ ilə bağlı hökumətlərarası komissiyanın iclaslarının keçirilməsi barədə razılığa gəldik”.

OXŞAR XƏBƏRLƏR