Ukraynanın Maliyyə naziri Serhi Marçenko əhaliyə müraciət edib.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, nazir dövlətin bütün sosial öhdəlikləri yerinə yetirəcəyini deyib.
Nazirin sözlərinə görə, vətəndaşlar pensiya, maaş, sosial müavinətləri vaxtında və tam şəkildə alacaqlar.
"Maliyyə sistemi hətta müharibə şəraitində də səmərəli işləyir. Biz bütün sosial öhdəlikləri yerinə yetiririk. Pensiyalar, maaşlar, sosial müavinətlər vaxtında və tam ödəniləcək", - o, əlavə edib.