Ukraynalı qadın əsirlikdə ona verilən işgəncələrdən DANIŞDI

Ukraynalı qadın əsirlikdə ona verilən işgəncələrdən DANIŞDI
DÜNYA
16:12 24.10.2022
288
6 ay əsir qalan ukraynalı qadın əsirlikdə yaşadıqlarını danışıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə bütün şiddəti ilə davam edərkən, keçən həftə iki ölkə arasında əsir mübadiləsində sərbəst buraxılan 26 yaşlı qadın 6 aydır yaşadıqlarını danışıb.

"Ən böyük əsir mübadiləsi” kimi təqdim edilən mübadilə ötən həftə Rusiya və Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda baş tutub.

Azad edilən 108 ukraynalı qadından biri olan Hanna rus qüvvələrinin ona qarşı törətdiyi zorakılıq və işgəncələrdən danışıb:

"Bizimlə heyvan kimi davrandılar. Sizə bu qədər deyim, heyvanlarla belə davranmırlar. Xüsusilə döyməsi olan qadınlara daha ağır işgəncələr verilirdi. Döyməsi olanların əllərini kəsib, dərilərini soymaq istəyirdilər".

Ayşən
OXŞAR XƏBƏRLƏR