Ukraynalı qadınlar orduya dəstək olmaq üçün görün nə etdilər - FOTO

Ukraynalı qadınlar orduya dəstək olmaq üçün görün nə etdilər - FOTO
DÜNYA
12:50 29.06.2022
782
Ukraynalı qadınlar orduya dəstək olmaq üçün çılpaq fotolarını satıblar.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Ukraynada işğalı davam etdiyi bir vaxtda bir qrup ukraynalı qadın hərbçilərə və vətəndaşlara pul yardımı layihəsi çərçivəsində çılpaq fotolarını sataraq 800 min dollar toplayıb.

Layihə üçün açılan saytda cəmi 38 qadın çılpaq fotolarını pulla satıb. Yığılan pullar orduya və müharibədən əziyyət çəkən vətəndaşlara xeyriyyə təşkilatları vasitəsilə veriləcək.

Layihənin təşkilatçısı Nastassia Nasko öz "Twitter” hesabında verdiyi açıqlamada ianə verən hər kəsə çılpaq fotoların veriləcəyini dedikdə, onun paylaşımı beş dəqiqə ərzində minlərlə şərh alıb.

Layihə çərçivəsində indiyədək 800 min dollar vəsait toplanıb. Nasko qadınların qətiyyən fahişə olmadığını, sadəcə ianə toplamaq üçün soyunub çılpaq pozalar verdiklərini deyib.
 
Ayşən
 

 

 

 


OXŞAR XƏBƏRLƏR