Ukraynalı uşaq Ərdoğana məktub yazdı – Bunu istədi

Ukraynalı uşaq Ərdoğana məktub yazdı – Bunu istədi
DÜNYA
11:55 31.10.2022
257
Ukraynalı uşaq Ərdoğana məktub yazıb, ondan silah istəyib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ukraynalı uşaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazıb.

Ukraynadan olan 8 yaşlı Jenya adlı uşaq Ərdoğandan Ukraynaya 1 ədəd də olsa ”Bayraktar TB2” PUA-sını göndərməsini xahiş edib.

İrpin şəhərindən olduğunu deyən uşaq bu ifadələri işlədib:

"Mənim adım Jenya, mənim 8 yaşım var, mən qəhrəman İrpin şəhərindənəm. Sizdə Bayraktar var, onlar müharibədə çox kömək edir. Bizdə də hazırda müharibə var. Qələbəmiz üçün sizdən ən az 1 Bayraktar göndərmənizi xahiş edirəm. Göndərin ki, uşaqlar ölməsin. Təşəkkür edirəm. Yaşasın Ukrayna!"

Ayşən

 


OXŞAR XƏBƏRLƏR