Ukraynalılar və azərbaycanlılardan ibarət gənclər hərəkatı yaradılıb

Ukraynalılar və azərbaycanlılardan ibarət gənclər hərəkatı yaradılıb
SOSİAL
19:03 03.07.2021
389
Ukraynada ilk dəfə olaraq azərbaycanlı və ukraynalı gənclər birgə hərəkat yaradıblar.

"Report”un Şərqi Avropa Bürosunun əldə etdiyi məlumata görə, Poltava vilayətində yaradılan və əsasən idmançılardan, idmanın müxtəlif sahələrində nəticələr əldə etmiş gənclərdən ibarət "Ukrayna-Azərbaycan Gənclər Hərəkatı”na ilkin mərhələdə sədr azərbaycanlı gənc idmançı Əkbər Hüseynzadə seçilib.

Hərəkat Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

İdmançıların üstünlük təşkil etdiyi, amma digər müxtəlif sahələrdə fəal olan gənclərin də təmsil olunduğu hərəkatda əsasən azərbaycanlılar və ukraynalılar üstünlük təşkil etsə də, Ukraynada yaşayan digər bir sıra azsaylı xalqların gənc nümayəndələri də var.

Ə. Hüseynzadə "Report”a açıqlamasında bildirib ki, başlanğıcda hərəkata Poltava və yaxın digər vilayətlərdən 200-ə qədər gənc qoşulub:

"Amma bizim məqsədimiz bütün Ukraynanı əhatə etməkdir. Təşkilatımıza əsasən idman olmaqla müxtəlif sahələrdə uğurlar əldə edən gənclər qoşulur. Nizamnamədə də göstərildiyi kimi, hərəkatın məqsədi Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında gənclərin fəaliyyətini istiqamətləndirməyə dəstək olmaq, yenilənən Ukraynada gənclərin fəaliyyətini mobilləşdirməkdir. Eyni zamanda, bu hərəkatda da biz azərbaycanlı gənclər tarixi Vətənimiz Azərbaycanı qürurla təmsil etməyə davam edəcəyik. Vətənimiz Azərbaycanın durmadan güclənməsi, güclü dövlət olması və xüsusilə Ermənistan üzərində 30 illik işğala son qoyması bizi də qürurlandırır. Bir Ukrayna vətəndaşı kimi yaşadığımız ölkədə yeniliklər bizi nə qədər stimullaşdırırsa, tarixi Vətənimiz Azərbaycanın qüdrəti, Ukrayna-Azərbaycan dostluğunun möhkəmlənməsi də o qədər stimullaşdırırır".

Bodibildinq üzrə Ukraynanı beynəlxalq yarışlarda təmsil edərək ali titullara sahib olan Ə. Hüseynzadə ali təhsilli hüquqşünasdır.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq