Ukraynalılara çağırış edildi: “Elektikdən istifadəni azaldın, enerji sektoru üçün ən çətin axşamdır”

Ukraynalılara çağırış edildi: “Elektikdən istifadəni azaldın, enerji sektoru üçün ən çətin axşamdır”
DÜNYA
22:01 10.10.2022
289
Ukrayna sakinlərindən bu gün pik saatlarda - saat 17:00-dan 23:00-a qədər enerji sistemini yükləməmələri istənilib.

Bu, Ukraynanın kritik infrastruktur obyektlərinə Rusiyanın kütləvi raket hücumları ilə əlaqədardır.

Bu barədə Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko məlumat verib.

"Ukraynanın bütün sakinlərinə müraciət! Axşam saat 17:00-dan 23:00-a qədər elektrik enerjisi istehlakını mümkün qədər azaldın ki, bu müvəqqəti çətinliklərin öhdəsindən birlikdə gələ bilək”, - deyə o, ukraynalılara çağırış edib.

Ali Radanın Energetika və Mənzil-Kommunal Xidmətləri Komitəsinin sədri Andrey Qerus öz növbəsində hansı avadanlıqların söndürülməli olduğunu barədə məlumat verib.

Onun sözlərinə görə, bu gecə, oktyabrın 10-u Ukraynanın enerji sektoru üçün ən çətin axşamlardan biridir.

"Bu gecə daha az elektrik istifadə edə bilsəniz, bu, elektrik sisteminə çox kömək edəcək. Həmçinin elektrik enerjisinin təcili söndürülməsi ehtiyacını azaldacaq”, - deyə o vurğulayıb.

Qerusun sözlərinə görə, elektrik qızdırıcıları, mətbəx elektrik sobası, mikrodalğalı soba, paltaryuyan maşın, elektrik çaydanı (qəhvə dəmləyən), ütü, qabyuyan maşın,

kondisioner, şarj cihazları, tozsoran, kompüter, televizor kimi elektrik cihazlarının söndürülməsi önəmli əhəmiyyət kəsb edir.

Bu axşam belə cihazların istifadəsini minimuma endirmək və əvəzində gecə və ya günün nahar vaxtı istifadə etmək məsləhət görülüb.

Həmçinin bildirilib ki, axşam saatlarında işıqlandırmadan daha qənaətlə istifadə enerji sistemindəki yükü yüngülləşdirəcək.

"Bu gecə və növbəti bir neçə gün ərzində gəlin 17:00-23:00 saatlarında elektrik enerjisi istehlakını minimuma endirmək üçün əlimizdən gələni edək”, - deyə Qerus qeyd edib.

Bununla yanaşı vurğulanıb ki, energetiklər artıq enerji sisteminin dayanıqlı, etibarlı və fasiləsiz işinin təmin edilməsinə çalışırlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
Moskva-İrəvan reysləri ləğv olundu
18:56 29.07.2025
Moskva-İrəvan reysləri ləğv olundu
"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib
18:37 29.07.2025
"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib