Almaniya hökumətinin Ukraynaya 18 Leopard əsas döyüş tankı çatdırdığı iddia edilir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Spiegel” jurnalı həftə sonu tankların Almaniyadan Ukrayna sərhədinə çatdırıldığını yazıb.
Bildirilib ki, "Leopard” tankları geniş silah paketi və ehtiyat hissələri ilə birlikdə Ukraynaya çatdırılıb.
Xəbərdə Leopard tanklarından başqa 40 Marder tipli zirehli döyüş maşınının da döyüş bölgəsinə çatdığı bildirilib.
Almaniya hökumətinin təhlükəsizlik səbəbiylə silah daşınmasının dəqiq marşrutunu gizli saxladığı xəbərində Almaniya ordusunun son iki ayda sürətli təlim proqramı ilə Ukrayna əsgərlərinə təlim keçdiyi xatırladılıb.
Ayşən