Ukraynanın məşhur Vətəndaş Cəmiyyəti Problemlərinin Araşdırmaları Mərkəzinin internet səhifəsində Azərbaycanda milli dövlətçiliyin qurulması və seçkiqabağı vəziyyətdən bəhs edən “Azərbaycan: sistemli modernizasiya və siyasi seçim” və Cənub Qafqaz dövlətlərindəki iqtisadi-siyasi vəziyyətdən bəhs edən “Demokratik tranzit: Cənubi Qafqaz dövlətlərinin inkişaf modelləri” adlı hesabatlar yayımlanıb.
“Azərbaycan: sistemli modernizasiya və siyasi seçim” adlı hesabatda qeyd edilir ki, Azərbaycan prezident seçkiləri dövrünə qədəm qoyur.2003-cü və 2008-ci illər prezident seçkilərindən fərqli olaraq, bu seçkilər ölkənin transformasiyasının gündəliyini müəyyən edir. Azərbaycanda demokratik inkişafın yeni mərhələsi başlayır və siyasi sistemin təkamülü ölkənin qarşısında duran çağırışlara adekvat cavabdır.Müəlliflərin fikrincə, ölkədəki iqtisadi və siyasi modernizasiya təcrübəsinin unikallığı ondan ibarətdir ki, qonşularından fərqli olaraq Azərbaycan qısa müddət ərzində regional liderə çevrilməsinə imkan verən dayanıqlı inkişaf modeli yarada bilmişdir.Hesabatda deyilir ki, Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycanda siyasi-hüquqi inkişaf modelinin formalaşması 1990-cı illərin ortaları – 2000-ci illərin əvvəlindən başlayaraq hər hansı bir siyasi böhran və vətəndaş qarşıdurmasından uzaq, təkamül yolu ilə baş vermişdir.Siyasi islahatların əksəriyyəti Heydər Əliyevin təşəbüssü ilə başladılmış və İlham Əliyev tərəfindən davam etdirilmiş, beləliklə mövcud siyasi strategiyanın davamlılığı təmin edilmişdir. Azərbaycan öz qonşularından daha əvvəl hüquqi sisteminin modernizasiyasına başlamış, bununla demokratik azadlıqların genişləndirilməsi üçün hüquqi baza yaratmışdır.Sürətli iqtisadi inkişaf Azərbaycanın iqtisadi modelinin daha da modernizasiyası üçün əsaslar yaratmışdır. Bu modernizasiyanın əsas prinsiplərini “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında tapmaq olar.Müəlliflər sahibkarlıq subyektlərinin qeydə alınmasında bir pəncərə sisteminin tətbiqinin əhəmiyyətini xüsusilə qeyd edirlər. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing Business-2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlara görə dünyada birinci yerə layiq görülmüşdür.Müəlliflər həmçinin Azərbaycandakı seçikiqabağı vəziyyət barədə ətraflı məlumat verirlər.Xüsusi olaraq qeyd edilir ki, ölkədə formalaşmış siyasi sistem demokratiyaya keçidin indiki mərhələsində həm mövcud ənənələri, həm də təkamül potensialını özündə birləşdirir.Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatından keçmişdir. Hazırda əksər siyasi qüvvələr prezident seçkilərində dəstəkləyəcəkləri mövqeləri müəyyən ediblər. 7 iyun 2013-cü ildə “Yeni Azərbaycan Partiyası”nın 5-ci qurultayı seçkidə partiya sədri, hazırkı prezident İlham Əliyevin namizədliyini irəli sürmüşdür.“Rəy” monitorinq mərkəzinin sorğusunun nəticələrinə əsasən ölkə əhalisinin 82%-i hazırkı prezidentin namizədliyini dəstəkləyir.İlham Əliyevin prezidentliyi dövrü iqtisadi yüksəliş dövrü kimi yadda qalmışdır. 2003-cü ildən 2012-ci ilədək ölkədə bir milyona qədər yeni iş yeri yaradılmış, yoxsulluq həddi 45%-dən 7%-ə enmişdir. Dünya Bankının statistikasına əsasən 2012-ci ildə ölkədə adambaşına düşən ÜDM 7500 ABŞ dollarına çatmışdır. BMT-nin İnkişaf Proqramının “İnsan inkişafı indeksi”nə əsasən Azərbaycan “Yüksək insan inkişafı” ölkələri qrupuna daxil olmuş, Dünya İqtisadi Forumunun “Qlobal rəqabətqabiliyyətlilik” hesabatında dünya ölkələri sıralamasında 39-cu mövqeyə yüksəlmişdir.Hesabatda o da qeyd edilir ki, Azərbaycanda müxalifət parçalanmış vəziyyətdədir. Müxalifət partiyaları nəinki indiyədək prezident seçkilərində vahid namizədlə çıxış edə bilməmiş, həm də parlament seçkilərində müxalif namizədlər eyni dairələrdə bir-birinə qarşı mübarizə aparmalı olmuşdur.Müxalifət yaxşı başa düşür ki, onun zəifliyi liderlərinin “köhnə” olması və partiya funksionerləri sırasında yeni simaların yetişməməsindədir. Yeni kadrların cəlb edilməsi təkcə müxalifət partiyalarının hazırki siyasi sistemdə rolunun azalması ilə deyil, həm də bu partiyalarının öz liderlərinin ambisiyaları əsasında tez-tez parçalanmasına görə xeyli çətinləşir.Hesabat müəlliflərinin fikrincə, Azərbaycan müxalifətinin kiçik partiyalara bölünməsi partiya liderlərinin siyasi sistemdə öz rollarını olduqlarından yüksək görməsinin birbaşa nəticəsidir.Seçkiqabağı vəziyyəti təhlil edən müəlliflər seçkidə İlham Əliyevin qalib gələcəyinə şübhə etmirlər. Onlar qeyd edirlər ki, İlham Əliyev sosial-iqtisadi sferada bir çox innovativ proqramlara müəlliflik etmək və ölkənin modernizasiyası üçün “yeni qaydalar” təklif etməklə müxalifəti qabaqlamışdır.Müxalifət daima prezidentin irəli sürdüyü proqramlardan geridə qalmışdır ki, bu da müxalif partiyalar üçün manevr sahəsini daraltmışdır. Ekspertlər hesab edirlər ki, seçkidə hazırkı prezidentin şübhə doğurmayan qələbəsi təkcə müxalifət sıralarında ciddi dəyişikliklərə səbəb olmayacaq, həm də yeni iqtisadi və siyasi islathaların başlanmasına rəvac verəcək prezident komandasının yenilənməsi ilə nəticələnəcək.Hesabatda deyilir ki, İlham Əliyevin üçüncü müddətə namizədliyinin irəli sürülməsinə baxmayaraq, əksər keçmiş Sovet ölkələrindən fərqli olaraq Azərbaycanda “seçici yorğunluğu” hiss edilmir. Azərbaycan vətəndaşları İlham Əliyevə alternativ görmürlər və onun rəqibləri belə bu faktı etiraf etmək məcburiyyətində qalmışdır.“Demokratik tranzit: Cənubi Qafqaz dövlətlərinin inkişaf modelləri” adlı digər hesabata əsasən Cənubi Qafqaz dövlətlərindəki siyasi-hüquqi və iqtisadi modellər hələ tam şəkildə formalaşmamışdır. Hesabat müəllifləri qeyd edirlər ki, Gürcüstandakı “qeyri-funksional demokratiya” ya ölkədə dayanıqlı qarışıq parlamentli-prezidentli idarəetmə sisteminə keçəcək, ya da növbəti beş il ərzində “qeyri-funkisional demokratiya”nın möhkəmlənməsi baş verəcək.Hesabatda deyilir ki, Ermənistanın inkişaf modelinin transformasiyasının perspektivləri qarışıq parlamentli-prezident respublikası idarəetmə formasına keçid istiqamətində konstitusiya islahatları ilə bağlıdır. Ermənistanda demokratik ənənələrin olmaması, həyat səviyyəsinin aşağı göstəriciləri, iqtisadi islahatların səmərəsizliyi əhalinin radikallaşması ilə nəticələnir.Əksər ekspertlərin fikrincə, Ermənistan iqtisadi modelinin gələcəyi hakimiyyətin nə dərəcədə monopolist biznes sxemindən imtinası ilə bağlıdır. Enerji təhcizatının diversikasiyası Ermənistan iqtisadiyyatının önəmli problemi olaraq qalmaqdadır. Əlverişli biznes mühitinin yaradılması da həllini gözləyən məsələlərdəndir. Hazırkı dövrdə Ermənistan iqtisadiyyatı hüquqi nizamlanmanın yüksək qeyri-stabilliyi ilə səciyyələnir.Ermənistanın demokratik tranzitinin gələcəyi həm də yerli özünüidarəetmə sahəsindəki islahatların taleyindən asılıdır. Bundan əlavə, demokratikləşmənin vacib şərtlərindən biri ümümqafqaz barışığına və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişənin həllinə nail olmaq üçün milli konsensusun əldə edilməsidir. Etnokratik paradiqmanın dəyişdirilməsi Ermənistanın Avropa ilə əlaqələrində yeni perspektivlərin açılmasına gətirib çıxara bilər. Lakin “Gömrük İttifaqı”na gözlənilən üzvlük bu perspektivləri kəskin şəkildə zəiflədir.Hesabatda qeyd edilir ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə iqtisadiyyatının inkişaf etdirilməsi ön plana çıxmış, əvvəl makro, daha sonra isə mikroiqtisadi göstəricilərin yaxşılaşdırılması, müstəqilliyin möhkəmləndirilməsi və qlobal çağırışlara cavab vermək üçün üçün milli konsolidasiya həyata kçililməsinə diqqət yetirilmişdir.Davamlı siyasi islahatlar iqtisadi islahatların səmərəliliyi, milli suverenliyin qorunub saxlanması və təhlükəsizliyin təmin edilməsi üçün möhkəm əsas yaratmışdır.Transformasiyanın bu yolu bəzən qərb dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tənqidlərə məruz qalır.Lakin Avropa və Amerika intellektualları arasında həmişə bu xəttə anlayışla yanaşanlar olmuşdur. Onların fikrincə, sürətli demokratikləşmə Azərbaycanın hazırkı dövrdə qarşılaşdığı problemlər şəraitində cəmiyyətdə qeyri-sabitliyin yaranmasına və xarici qüvvələrin öz maraqları naminə ölkənin daxili işlərinə müdaxiləsinə şərait yarada bilər. Təhlükəsizlik və sabitliyə olan təhdilər Azərbaycanda prezidentin rəhbərlik etdiyi güclü icraedici hakimiyyətin saxlanmasını şərtləndirir.Beynəlxalq maliyyə institutları Azərbaycan iqtisadiyyatı üçün yüksək inkişaf proqnozları verirlər. Ekspertlər qeyd edirlər ki, bu dünya iqtisadiyyatındakı qeyri-sabit vəziyyətin davam etməsi şəraitində çox müsbət hal kimi qiymətləndirilməlidir. Hesabatda deyilir ki, Azərbaycanın iqtisadi inkişaf modeli resurs ixracından dayanıqlı inkişafa keçidə və qeyri-neft sektorunun gücləndirilməsinə əsaslanmışdır və hazırda bu keçid baş verməkdədir.Vətəndaş Cəmiyyəti Problemlərinin Araşdırmaları Mərkəzi və Praktiki Siyasət İnstitutu politologiya, sosiologiya və siyasi texnologiyalar sahəsində Ukraynanın ən aparıcı beyin mərkəzlərindən hesab edilirlər və siyasi institutların və proseslərin, partiyaların və həmkarlar təşkilatlarının inkişaf problemləri, eləcə də regional və beynəlxalq münaqişələrin öyrənilməsi ilə məşğuldurlar.Hesabatların tam mətni ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:https://politcom.org.ua/wp-content/uploads/dt.pdfhttps://politcom.org.ua/wp-content/uploads/smpv1.pdfhttps://www.politika.org.ua/dt.pdfhttps://www.politika.org.ua/smpv.pdf