Ukraynanın baş naziri Nikolay Azarov Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiativ sazişlə bağlı verdiyi qərara görə istefaya getməyə hazır olduğunu bəyan edib.
"İnter" telekanalında çıxışı zamanı N.Azarov deyib ki, istefaya getməyə bir şərtlə razıdır, onun bu qərarının arqumentsiz olduğunu isbat etsinlər.
N.Azarov onu da bəyan edib ki, Ukraynanın belə bir qərar qəbul etməsi heç də o demək deyil ki, Gömrük İttifaqına istəyir.
N.Azarov deyib ki, bir taktiki addımdır və Ukraynanın üzləşdiyi çətin iqtisadi durumla bağlıdır.(publika.az)