Rusiya Silahlı Qüvvələri Kiyevin pilotsuz uçuş aparatları (PUA) ilə Belqorod və Kursk vilayətlərinə hücum cəhdinin qarşısını aldıqlarını bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.
Verilən yazılı açıqlamada, Ukraynanın ötən gecə Rusiya ərazisindəki obyektlərə PUA-larla hücuma cəhd etdiyi bildirilib.
Açıqlamada Ukraynaya məxsus 7 PUA-nın Belqorod vilayəti üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən, Kursk vilayətinin hava məkanında isə 4 PUA-nın məhv edildiyi bildirilib.
Mikayıl