Müharibədə həm Rusiya tərəfi, həm də Ukrayna ağır itkilər verir.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Ukrayna qüvvələrinin Bəhmutun kənar bölgələrində yenidən irəliləyiş əldə etdiyi iddia edilir. Ukrayna qüvvələrinin əks-hücum əməliyyatını davam etdirdiyi müharibə 16-cı ayını arxada qoymağa hazırlaşarkən ölkənin cənubundakı bölgələrdə də qarşıdurmalar qızışmağa başlayıb.
Ukraynadakı müharibə ilə bağlı gündəlik qiymətləndirmə hesabatını dərc edən Böyük Britaniya Müdafiə Nazirliyi, həm Rusiya, həm də Ukraynanın ağır itki verdiyini açıqlayıb.
Xəbərdə Rusiya qüvvələrinin mart ayından bəri ən böyük itki verdiyi, qarşıdurmaların Zaporojye və Bəhmut bölgələrində cəmləşdiyi bildirilib.
Hesabatda Ukrayna qüvvələrinin bu ərazilərdə kiçik irəliləyişlər əldə etdiyi, rus qoşunlarının isə effektiv müdafiə əməliyyatı apardığı vurğulanıb.
Şəbnəm Zahir