Ukraynanın hakerlər qrupu Rusiya Prezident Administrasiyasının kontaktlar bazasını qırıb.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko danışıb.
Onun sözlərinə görə, sözügedən proses nəticəsində Kreml əməkdaşlarının telefon nömrələrinə ümumi giriş açıq olub.
"Biz kiberqoşunlarla birlikdə Kreml saytını qırdıq, indi Krelim bütün telefon bazasına azad girişimiz var”, - deyə o qeyd edib.
Telefon nömrələri bazasında administrasiya rəhbərlərindən tutmuş, jurnalistlərə qədər, hətta öngörücülərin (ekstrasens) belə nömrələri var.