Ukraynanın işğalı ilə kifayətlənməyən Putin gözünü bu bölgəyə dikdi

Ukraynanın işğalı ilə kifayətlənməyən Putin gözünü bu bölgəyə dikdi
DÜNYA
12:31 17.06.2022
572
Ukraynanın işğalı ilə kifayətlənməyən Putin gözünü qütb bölgəsinə dikib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukraynaya hücumunu davam etdirən Rusiya prezidenti Vladimir Putin bu dəfə gözlərini qütb bölgəsinə dikib. 

Çexiyadakı Marko Cvitas analitik mərkəzinin yeni hesabatı Rusiyanın qütb bölgəsini silahlandırmaq və onu "gələcəyin döyüş meydanına" çevirməyi planlaşdırdığını ortaya qoyub. Hesabatda Qərb ölkələrinə Putinin planlarına qarşı xəbərdarlıq edilib.

Hesabatda vurğulanıb ki, Putin illərdir Arktika dairəsinin şimalında hava bazaları, raket buraxılış meydançaları, radar stansiyaları və dəniz gəmiqayırma zavodları inşa edib. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra regionun yenidən qiymətləndirilməsinə xüsusi diqqət yetirilib.

Mütəxəssislər Putinin bir müddətdir ki, sanksiyalara görə maliyyə çətinliyi yaşadığını, ona görə də pul tapmaq üçün Çindən dəstək axtaracağını da düşünür.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR