Rusiya ordusunun Ukraynanın Lutsk şəhərinə reaktiv dronla endirdiyi zərbə nəticəsində dağılan mülki infrastrukturda axtarış-xilasetmə əməliyyatları başa çatıb.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, hava hücumu zamanı 6 nəfər həlak olub, 13 nəfər xəsarət alıb.
Qeyd edək ki, oktyabrın 14-nə keçən gecədən başlayaraq Ukraynanın bir sıra böyük şəhərləri kütləvi hava zərbələrinə məruz qalıb.
///azırtac///











































