Ukraynanın müdafiə naziri: "Rusiya uzunmüddətli müharibəyə hazırlaşır"

Ukraynanın müdafiə naziri: "Rusiya uzunmüddətli müharibəyə hazırlaşır"
DÜNYA
09:04 18.05.2022
283
Rusiya uzunmüddətli müharibəyə hazırlaşır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov feysbukda yazıb.

"Rusiya bir çox cəhətdən uzunmüddətli hərbi əməliyyata hazırlaşır. Müharibə uzanan fazaya keçir. Biz görürük ki, Xerson və Zaporojye vilayətlərində onlar fəal şəkildə mühəndis-istehkam işləri aparırlar”, - nazir qeyd edib.

O, həmçinin bildirib ki, Belarus qoşunları Ukrayna ilə sərhəddə aktiv manevrlər həyata keçirir.

"Biz düşməni tez bir zamanda məğlub etmək və ərazilərimizi azad etmək istəyirik. Rusiyanın münaqişəni kənara çəkməsinə imkan verməyin. Ona görə də beynəlxalq yardım və lazımi miqdarda silah almaqda çox maraqlıyıq”, - Reznikov vurğulayıb.
OXŞAR XƏBƏRLƏR