Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib

Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib
DÜNYA
18:21 13.01.2026
246
Ali Rada Denis Şmıqalın Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilməsinə səs verib.

Bununla bağlı qərara 265 deputat səs verib.

Qeyd edək ki, 3 yanvar 2026-cı ildə Ukrayna Prezidenti Volodimir Zelenski Denis Şmıqala Baş nazirin birinci müavini və energetika naziri vəzifəsini təklif edib.

Denis Şmıqal 17 iyul 2025-ci ildən müdafiə naziri vəzifəsində çalışıb.
 

OXŞAR XƏBƏRLƏR