Ukraynanın Peçeneq qəsəbəsinə hava zərbəsi: azı 10 nəfər ölüb

Ukraynanın Peçeneq qəsəbəsinə hava zərbəsi: azı 10 nəfər ölüb
DÜNYA
13:17 18.08.2026
172
Ukraynanın Xarkov vilayətinin Peçeneq qəsəbəsinə hava zərbəsi endirilib.
 
AZXEBER.COM xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Peçeneq qəsəbəsinə təşkil etdiyi hücum nəticəsində ilkin məlumata görə 10 nəfərin öldüyünü, çox sayda şəxsin yaralandığını açıqlayıb.

Zelenskinin sözlərinə görə, hücum poçt binası, mağazalar və yaşayış evlərinin yerləşdiyi ərazidə sıx hərəkətin olduğu yolayrıcına həyata keçirilib.

"Hazırda 10 nəfərin həyatını itirdiyi məlumdur. Çox sayda yaralı var. Onlara zəruri tibbi yardım göstərilir”, – deyə Zelenski bildirib.

Ukrayna lideri hücumu faciə adlandıraraq, Rusiyanın bu hücumuna cavab veriləcəyini qeyd edib.

Xarkiv Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov da Rusiya ordusunun Peçeneqə raket zərbəsi endirdiyini bildirib.

Hadisə ilə bağlı ətraflı məlumatların dəqiqləşdirilməsi davam edir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR