"Rusiya hərbçilərinə təlim keçmək üçün Ukrayna ərazisinə gələn iranlı təlimatçılar məhv ediləcək".
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov deyib.
O, iranlı hərbçilərin ruslara təlim keçmək üçün Ukrayna ərazisinə gəldiyini xatırladaraq deyib: "Bu gün başqa ölkənin heç bir nümayəndəsinə Rusiya tərəfindən vuruşmaq üçün bizim əraziyə gəlməyi məsləhət görmürəm. Onların bizim ərazimizdə məhv olma ehtimalı böyükdür".
Məlumata görə, iranlı təlimatçılar ruslara Krım və Xersondan PUA-ların buraxılmasına kömək edir.