“Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasına hücumları çox təhlükəlidir” - Peskov

“Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasına hücumları çox təhlükəlidir” - Peskov
DÜNYA
15:16 08.04.2024
160
"Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasına hücumları çox təhlükəlidir”.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Zaporojya Atom Elektrik Stansiyasının çıxılmaz vəziyyətiylə əlaqədar danışarkən deyib.
 
Peskov edilən hücumları təhlükəli təxribat kimi qiymətləndirərək, "Bu, uzunmüddətli perspektivdə çox pis nəticələri olan çox təhlükəli bir taktikadır. Təəssüf ki, Kiyev rejimi terror fəaliyyətlərini davam etdirir", - deyə vurğulayıb.

Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası (Rosatom) tərəfindən dünən verilən açıqlamada isə Zaporojya Atom Elektrik Stansiyasına PUA-larla intensiv hücumlar nəticəsində 3 nəfərin yaralandığı bildirilib.

Ukraynanın cənub-şərqindəki Zaporojya Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır. Elektrik stansiyası 2022-ci ilin martında ruslar tərəfindən ələ keçirilib.

Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında İHA və artilleriya hücumları olsa da, Ukrayna və Rusiya hücumlarda bir-birini günahlandırır.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR