ABŞ Ukraynaya 300 milyon dollar əlavə hərbi yardım verəcək

ABŞ Ukraynaya 300 milyon dollar əlavə hərbi yardım verəcək
DÜNYA
14:23 02.04.2022
285
Pentaqon Ukraynaya əlavə 300 milyon dollarlıq hərbi yardım elan edib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin saytındakı press-relizdə deyilir.

"Bu qərar ABŞ-ın Rusiyanı dəf etmək üçün qəhrəmancasına səylərini dəstəkləmək məqsədilə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini vurğulayır”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, ABŞ bu günə qədər Ukraynaya təhlükəsizlik yardımı üçün artıq 2,3 milyard dollardan çox, o cümlədən Rusiya işğalı başlayandan sonra 1,6 milyard dollardan çox vəsait ayırıb.
OXŞAR XƏBƏRLƏR