“Ukraynaya dəstək üçün mühüm qərar hazırlanır”

DÜNYA
04:57 30.12.2024
309
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Ukraynaya dəstək üçün mühüm qərarını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, bu haqda o, teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Amerika hökumətinin dekabrın 30-da böyük yardım paketi elan edəcəyi gözlənilir.

"Mən bilirəm ki, Amerikanın Ukraynaya dəstək üçün mühüm qərarı hazırlanır - biz sabah rəsmi açıqlama gözləyirik: əsgərlərimiz üçün böyük dəstək paketləri”, - siyasətçi deyib.

O əlavə edib ki, bu yardım cəbhənin sabitləşməsinə dəstək olmalıdır, çünki silahların tədarükü Ukrayna hərbçilərinin həyatını xilas edir.

OXŞAR XƏBƏRLƏR