Ukraynaya getmək istəyənlər bu xəbəri oxusun

Ukraynaya getmək istəyənlər bu xəbəri oxusun
SOSİAL
16:19 17.06.2021
1030

Ukraynanın Azərbaycandakı səfirliyi müraciət yayıb.

AZXEBER.COM xəbər verir ki, müraciətdə deyilir:

"Ukraynada karantin rejiminin müddəti 31 avqust 2021-ci ilə qədər uzadılıb. 17 iyun tarixindən ölkədə epidemioloji təhlükəyə dair "yaşıl” səviyyə təyin ediləcək.

Ukraynada epidemioloji təhlükəyə dair "yaşıl” səviyyə təyin edildikdə Ukrayna vətəndaşları və ya daimi yaşamaq üçün icazəsi olan əcnəbilər üçün istənilən ölkədən Ukraynanın dövlət sərhədindən keçid maneəsiz olacaq.

Əcnəbilər mütləq şəkildə COVID-19-a dair sığorta polisi və ya aşağıdakılardan birini əldə etməlidir:

- PCR üsulu ilə aparılmış COVID-19 testinin mənfi nəticəsi (test sərhədi keçməyə 72 saat qalmış verilməlidir),

- koronavirus antigeninin aşkarlanması üçün ekspres-testin mənfi nəticəsi (test sərhədi keçməyə 72 saat qalmış verilməlidir),

- BTSQ müvafiq olaraq və ya vaksinasiya haqqında sənədlərin qarşılıqlı şəkildə tanınması haqqında Ukrayna tərəfindən imzalanmış beynəlxalq müqavilələrə müvafiq olaraq verilmiş və ÜST tərəfindən fövqəladə hallarda istifadəsinə icazə verilən COVID-19 vaksinləri siyahısına daxil edilmiş vaksinlə peyvənd olunmanı təsdiq edən sənəd.

12 yaşdan kiçik uşaqlar üçün test və peyvənd haqqında arayışlar tələb olunmur.

COVID-19 qarşı tam vaksinasiya kursunun həyata keçirilməsi barədə sənəddə qeyd olunan vaksin ÜST tərəfindən fövqəladə hallarda istifadəsinə icazə verilən vaksin siyahısına daxil olmalıdır.

Hal-hazırda həmin siyahıya aşağıdakı vaksinlər daxildir:

- Pfizer/BioNTech istehsalı olan BNT162b2/COMIRNATY Tozinameran (INN) (Ukraynada KOMİRNATİ adı altında qeydiyyatdadır);

- AstraZeneca/Oxford istehsalı olan AZD1222 (Ukraynada ASTRAZENEKA adı ilə qeydiyyatdadır);

- Covishield (ChAdOx1_nCoV-19) виробництва Serum Institute of India Oxford istehsalı olan Covishield (ChAdOx1_nCoV-19) (Ukraynada KOVİŞELD adı ilə qeydiyyatdadır);

- Janssen istehsalı olan Ad26.COV2.S;

- Moderna istehsalı olan mRNA-1273;

- Sinopharm/BIBP istehsalı olan SARS-CoV-2 Vaccine (Vero Cell), Inactivated (lnCoV);

- Sinovac istehsalı olan SARS-CoV-2 Vaccine (Vero Cell), Inactivated (Ukraynada KORONAVAK adı ilə qeydiyyatdadır).

Ukraynanın dövlət sərhədindəki buraxılış məntəqələrində "Sputnik V” vaksini ilə peyvənd olunma haqqında sənədlə əcnəbilərin xaricdən ölkəyə girişi cəhdləri müşahidə olunur. Bildiririk ki, bu kimi sənəd Ukraynaya giriş hüququ vermir, çünki adıçəkilən vaksin ÜST siyahısına daxil deyil".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək