"Ukraynaya hücum ərzaq böhranına səbəb ola bilər"

"Ukraynaya hücum ərzaq böhranına səbəb ola bilər"
SİYASƏT
22:23 23.03.2022
508
Rusiyanın Ukraynaya hücumu Yaxın Şərqdə və Şimali Afrikada ərzaq böhranına səbəb ola bilər.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Quterreş bildirib ki, Ukrayna və Rusiyadan taxıl idxalının dayanması bir çox ölkədə iğtişaşlara səbəb ola bilər.

"Ərzaq, yanacaq və gübrə qiymətləri kəskin artır, tədarük zənciri qırılır. Bütün bunlar ən kasıb ölkələri sərt şəkildə vurur və dünyada siyasi qeyri-sabitlik və iğtişaşların toxumunu əkir", - deyə Quterreş bildirib.

OXŞAR XƏBƏRLƏR