Ukraynaya uzaqmənzilli raketlər veriləcək

Ukraynaya uzaqmənzilli raketlər veriləcək
DÜNYA
20:11 23.02.2023
211
"Bizə uzaqmənzilli silahların verilməsinə dair qərar qəbul edilib”.

Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

O bildirib ki, silah tədarükü baxımından Ukrayna ordusu NATO standartlarına cavab verir: "Artıq tank bölmələrimiz də formalaşdırılır. Tezliklə Ukraynada ballistik raketlər və SAMP-T hava hücumundan müdafiə sistemləri də olacaq”.

A.Malyar vurğulayıb ki, döyüş təyyarələrinin tədarükü ilə bağlı da müzakirələr gedir: "Bu danışıqlar da müsbəti nəticələnəcək”.
 
//Report
OXŞAR XƏBƏRLƏR