“Ulduz” filminin Naziki vəfat etdi

MƏDƏNİYYƏT
15:07 26.04.2019
5305
Aktrisa Məleykə Ağazadə aprelin 24-də 90 yaşında dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "news24.az”a aktrisanın oğlu Zeynal Ağazadə məlumat verib.

O bildirib ki, ansı son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi. 

Mərhum aktrisa Bakıda dəfn edilib. Bu gün aktrisanın Təzə Pir məscidində üç mərasimi keçirilir.

Qeyd edək ki, Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. O, 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb.

1972-ci ilə qədər filmlərə çəkilib. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələr indiyədək sevilir.

OXŞAR XƏBƏRLƏR