Ulduz futbolçu “Atletiko”nu tərk edir: "Burada qala bilmərəm"

İDMAN
13:47 13.06.2024
139
"Atletiko Madrid”in hücumçusu Alvaro Morata klubla yollarını ayırmaq niyyətindədir. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, futbolçu klubun yeni hücumçu transferləri və üzləşdiyi tənqidlərə görə bu addımı atmaq istəyir.
 
Morata yerli nəşrə verdiyi açıqlamada klubda artıq yerinin olmadığını vurğulayıb:

"Mən mətbuatda görürəm ki, "Atletiko Madrid” 8 hücumçu ilə müqavilə imzalamaq istəyir, deyəsən, mən klubun prioriteti deyiləm. Oktyabrda 32 yaşım tamam olacaq, artıq burada qala bilmərəm. Mənim üçün daha asan yol İspaniyanı tərk edib, xaricə oynamaqdır"

Xatırladaq ki, Morata ötən mövsüm "Atletiko Madrid"də 21 qolla yadda qalıb və Almaniyada keçiriləcək Avropa çempionatında İspaniya yığmasının kapitanı olacaq.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR