Ulduz futbolçular FIFA və UEFA-ya müraciət etdi: İsrail yarışlardan uzaqlaşdırılsın

Ulduz futbolçular FIFA və UEFA-ya müraciət etdi: İsrail yarışlardan uzaqlaşdırılsın
İDMAN
21:29 28.09.2025
168
48 peşəkar futbolçu İsrailin bütün beynəlxalq yarışlardan uzaqlaşdırılması üçün petisiya imzalayıb.

AZXEBER.COM-un məlumatına görə, onlar FIFA və UEFA-ya müraciət edərək bu addımın atılmasını tələb ediblər.

Siyahıda dünya futbolunun tanınmış simaları da var: Pol Poqba, Halil Dərvişoğlu, Hakim Ziyeş və Anvar El-Qazi kimi futbolçular petisiyaya dəstək veriblər.

Azərbaycan azarkeşləri üçün maraqlı məqam isə siyahıda hazırda "Sumqayıt” klubunda çıxış edən pakistanlı İsa Süleymanın adının yer almasıdır. Bundan başqa, bir vaxtlar "Zirə” və "Səbail”də forma geyinmiş sierra-leoneli Əli Sesay da petisiyaya imza atan futbolçular arasındadır.
OXŞAR XƏBƏRLƏR