İngiltərənin "Mançester Yunayted” klubunun mərkəz müdafiəçisi Ander Errera 4 illik həbs və 6 illik diskvalifikasiya ilə cəzalandırıla bilər.
Onun adı İspaniyada danışılmış oyunlarda iştirakda hallandırılır. Hazırda bu məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Digər futbolçuların da iştirakçısı olduğu qalmaqalda hələlik başqa adlar açıqlanmır.
"The Daily Mail” nəşrinin iddiasına görə, araşdırmalar ilin sonuna kimi yekunlaşacaq. Məhkəmə isə ya bu ilin sonunda, ya da 2019-cu ilin əvvəlində yekun qərarını açıqlayacaq.
Xatırladaq ki, 28 yaşlı ispaniyalı futbolçu peşəkar karyerasına yetirməsi olduğu "Real Sosyedad”da başlayıb. 2011-ci ildən 2014-cü ilə qədər isə o, "Atletik”in formasını geyinib. Lakin onun konkret hansı komandanın heyətində, hansı oyunlara görə ittiham edildiyi açıqlanmır. İspaniya yığmasında da 1 oyun keçirmiş müdafiəçi MY-də 2014-cü ildən çıxış edir
qafqazinfo