Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "Ulduz" metrostansiyasının yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumata əsasən, təqribən 50 m² sahədə məişət tullantıları və mazut qalıqları yanır.
Əlavə məlumat veriləcək.