Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Gəncə şəhərində gənclər üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təşkil olunan "Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı 3 günlük tədbir keçirilib.
AZXEBER.COM xəbər verir ki, milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə həyata keçirilən üçgünlük tədbirdə Naftalan şəhərindən olan fəal gəncər də iştirak ediblər.
Seminar çərçivəsində ekspertlər tərəfindən müxətlif mövzularda mühazirə və diskussiyaların təşkili, tarixi-mədəni abidələrin ziyarət edilməsi, intellektual yarışlar, eləcə də digər əhəmiyyətli tədbirlər həyata keçirilib.
Qeyd edək ki, açılış mərasimində Fondun maliyyə dəstəyi ilə hazırlanmış "Heydər Əliyev və azərbaycançılıq" filmi nümayiş etdirilib.