“Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edilib

“Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edilib
SOSİAL
16:33 13.07.2019
7043
Ulu öndər Heydər Əliyev min illərlə tarixi olan müdrik Azərbaycan xalqına məxsus dühadır. O, xalqımızın, dövlətimizin xilaskarı, Yeni Azərbaycanın memarı və qurucusudur.

Bugün ölkəmizin qüdrətli yüksəlişi, istənilən sahədəki inkişafı Heydər Əliyevin müdrik ideyalarının təntənəsidir. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dəniz nəqliyyatı sahəsinə də xüsusi diqqət göstərib. Tam əminliklə deyə bilərik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixində Ulu öndərin misilsiz rolu və zəhməti olub. Məhz, Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə yazılmış "Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabında onun dənizçilik sahəsinə verdiyi töhfədən bəhs edilir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə yazılmış kitab yeni işıq üzü görüb.

Kitabda Ümummilli lideri Heydər Əliyevin 1969-cu ilin yayında respublikaya rəhbərlik etdiyi ilk günlərdən ömrünün sonuna qədər gəmiçilik sahəsinə göstərdiyi qayğı və diqqətdən söhbət açılır.

Azərbaycanda gəmiçilik tarixinə qısa səyahət şəklində verilmiş birinci fəsildən sonra Heydər Əliyev erasının – "Yeni eranın başlanğıcı” fəsli gəlir.

"69-cu ilin isti yayı” bölməsində Ulu öndərin ölkəyə rəhbər seçilməsinin tarixçəsindən bəhs olunur, daha sonra respublikada başlayan inkişaf və dəyişikliklərdən danışılır. Maraqlıdır ki, Heydər Əliyev 1969-cu il iyulun 14-də hakimiyyətə gələndən cəmi bir neçə gün sonra – Azərbaycan KP MK-nın iyulun 22-də keçirilən büro iclasının gündəliyinə "Xalq təsərrüfatı yüklərinin daşınmasının yaxşılaşdırılması sahəsində "Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin işi haqqında” məsələ daxil edib. Təkcə bu fakt Ümummilli liderin respublika iqtisadiyyatını dirçəltmək üçün gəmiçiliyə hansı mühüm əhəmiyyət verdiyi barədə aydın təsəvvür yaradır.

Kitabda Heydər Əliyevin hakimiyyəti illərində neft sənayesinin dirçəldilməsi, gəmiçilikdə yerli və milli kadrların irəli çəkilməsi, peşəkarlığın həvəsləndirilməsi,  əmək intizamının gücləndirilməsi və s. kimi sahələrdə görülən işlərdən konkret faktlar və arxiv sənədləri əsasında söhbət açılır.

Kitabın "Ulu öndərin fəaliyyətində Moskva vaxtı” adlanan fəslində Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi sovet nəqliyyat sisteminə rəhbərlik etdiyi illərdən bəhs olunur.

Azərbaycanın müstəqilliyini bərpa edəndən sonrakı illərdə Ümummilli liderin milli gəmiçilik sahəsində atdığı mühüm addımlardan, qəbul etdiyi taleyüklü qərarlardan ayrıca fəsildə söhbət açılır.

Kitabın "Gəmiçiliyin inkişafında yeni mərhələ” adlanan sonuncu fəslində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti illərində ölkədə milli gəmiçilik sahəsində aparılan struktur dəyişiklikləri və qazanılan uğurlar haqqında danışılır.

Kitab Azərbaycan və Rusiyanın arxivlərində saxlanılan çoxsaylı sənədlər, gəmiçilik tarixinə dair kitablar,  eləcə də o dövrdə yaşamış adamların xatirələri əsasında qələmə alınıb.

Kitabın müəllifi əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb