"Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu"

"Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu"
SİYASƏT
14:12 10.04.2023
636
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana müqayisəyəgəlməz xidmətləri də tarixləşib. Bu tarix Azərbaycanın 70 ildən çox zamanının tarixidir. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi hər iki dövr onun Azərbaycan üçün gördüyü işlərin xronikasıdır. 
1990-cı illərin əvvəllərində Azərbaycanda hər bir sahədə olduğu kimi, ordu quruculuğu sahəsində də dərin böhran hökm sürürdü. Bu dövr ərzində orduda hərbi intizam yox idi, vahid komandanlıq və idarəçilik tamamilə itmişdi. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqının yeganə ümid çırağı, xalqımızın xilaskarı ulu öndər Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümumilli liderimiz Heydər Əliyev tərəfindən ordu quruculuğu sahəsində bir sıra mühüm, təxirəsalınmaz addımlar atıldı və bu sahədə köklü islahatlara başlanıldı. Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. 
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyev bu sahədə demək oıar ki, bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi. Qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yarandı. Bununla kifayətlənməyib ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı.
 
Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırması, bu əlaqələri daha da səmimiləşdirməsi oldu. Bütün fəaliyyətində xalqa güvənən, xalqın etimadına arxalanan ümummilli lider Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu xalqın bir hissəsi bilirdi və əmin idi ki, xalqın orduya belə münasibəti, xalqın ordunu qayğı ilə əhatələməsi ordunun inkişafının və möhkəmlənməsinin əsas şərtlərindən biridir. Nəticədə, xalqın mübarizlik, dönməzlik əzmi orduya da sirayət etdi, şəxsi heyətin mənəvi əhval-ruhiyyəsi kifayət qədər sağlamlaşdırıldı, yeni-yeni ehtiyat hissələr təşkil edilərək cəbhəyə göndərildi, döyüşçülərin və onların ailələrinin sosial qayğı ilə əhatə edilməsində canlanma yarandı.
 
Bütün bu tədbirlərin nəticəsi olaraq qısa müddət ərzində güclü milli ordu yaradıldı, orduda hərbi intizam möhkəmləndirildi, ordumuzun maddi-texniki təminatı, mənəvi-psixoloji hazırlığı, döyüş ruhu xeyli yüksəldi. Bununla da ölkəmizdə ordu quruculuğu sahəsində mövcud olan böhran aradan qalxdı, inkşaf və tərəqqi dövrü başlandı.
Azərbaycan ordusu günbəgün inkişaf etmişdir. Cənab Prezident İlham Əliyev də Ali Baş Komandan kimi fəaliyyətə başladığı gündən ordunun güclənməsinə xüsusi diqqət yetirmişdir. Məhz buna görə də, Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı azad etməklə öz gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çıxışlarının birində bildirmişdir ki, biz ordumuzu gücləndirərək, döyüş qabiliyyətini yüksəldərək, müasir silahlardan istifadə olunmasının keyfiyyətini artıraraq dövlətimizi yüksəldəcəyik və ən əsası, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdıracağıq və ərazi bütövlüyümüzü, suverenliyini mütləq təmin edəcəyik.
Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsini, müasir dövlət siyasətinin strateji isiqamətlərindən biri kimi müəyyən edib. Nəticə etibarı ilə, bu gün, Qafqazda ən müasir ordu olan Azərbaycan Silahlı Qüvvələri Hərbi Hava, Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarət qüdrətli bir ordu kimi formalaşıb. 2020-ci il sentyabr ayının 27-də şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin əmri ilə düşmən təxribatına son qoymaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Diqqətəlayiq haldır ki, Vətən müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bu gün, Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer alması da, məhz dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi möhtəşəm siyasətin təzahürüdür.
Böyük qürur hissi ilə deyilməlidir, deyilir ki, Azərbaycanda ordu quruculuğu Heydər Əliyevin adı ilə bağlı olub. Ordumuzu nizami ordu kimi ulu öndər Heydər Əliyev formalaşdırıb!

Naftalan şəhər sakini Möhübbət Bədəlov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ersin Tatar Azərbaycana gəldi
12:10 02.07.2025
Ersin Tatar Azərbaycana gəldi
İsrail Qəzzada daha 29 fələstinlini öldürdü
12:05 02.07.2025
İsrail Qəzzada daha 29 fələstinlini öldürdü
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəldi
11:55 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəldi
“Media haqqında” qanuna bu dəyişikliklər ediləcək
11:47 02.07.2025
“Media haqqında” qanuna bu dəyişikliklər ediləcək
Birbank "Bahar" lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
11:43 02.07.2025
Birbank "Bahar" lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib