Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası

Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu və müasir inkişaf strategiyası
SİYASƏT
12:11 01.03.2023
757
Ötən əsrin əvvəlləri kimi, sonları da Azərbaycan üçün mürəkkəb və ziddiyyətli, dinamik və taleyüklü proseslərlə səciyyələnən zəngin dövlət quruculuğu dövrü kimi tarixə qovuşmuşdur. Təbiidir ki, tarixə qovuşma prosesi müəyyən zaman daxilində baş verir və bu zamandan maksimum səmərəli yararlanma, onu xalqın, millətin inkişafına, gələcəyinə, dövlətin möhkəmləndirilməsinə yönəltmək missiyası şəxsiyyətlərin fəaliyyəti, adı ilə bağlı olur. Heydər Əliyev şəxsiyyət kimi tarixi hadisədir. Tarix şəxsiyyəti, bu cür şəxsiyyətlər isə tarixi yaradır. Müdriklər demişlər ki, şəxsiyyəti mühit və hadisələr yetirir, ancaq hadisələri də şəxsiyyətlər idarə edir və hadisələr özü də onların izini daşıyır.
 
Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin öz yeri vardır. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi xalqımızı və Azərbaycanımızı həmişə xilas etmişdir. Ümummilli liderimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir. Ulu öndər Heydər Əliyev demişdir: "Ağıl olan yerdə zora ehtiyac yoxdur. Tarix həmişə hər şeyi öz yerinə qoyur”.
Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin öz yeri vardır. Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyev qətiyyəti və müdrikliyi xalqımızı və Azərbaycanımızı həmişə xilas etmişdir. Ümummilli liderimiz keçilməsi mümkün olmayan maneələri dahiyanə yanaşması ilə böyük əzm və səylə qət etmişdir. Ulu öndər Heydər Əliyev demişdir: "Ağıl olan yerdə zora ehtiyac yoxdur. Tarix həmişə hər şeyi öz yerinə qoyur”.
Ulu öndər Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin gələcək tərəqqisinin əsası oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı. Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Dahi lider Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.
Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etməyə həsr etmiş Ümummilli Lider Heydər Əliyev daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəetmə bacarığına söykənərək çox qətiyyətli, müdrik qərarlar qəbul etmiş, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkəmizin və xalqımızın milli inkişafını təmin etmişdir. O, hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin müstəqilliyinin sütunlarını yaratmağa başlamış, bütün fəaliyyətini bu istiqamətə yönəltmiş, müasir Azərbaycanın bugünkü reallıqlarını və etibarlı əsaslarını qura bilmişdir.
1969-82-ci illərdə Ulu Öndərin respublikamızın sosial-iqtisadi, mədəni yüksəlişi üçün gördüyü işlər, milli ruhun və milli özünüdərkin inkişafı, xalqımızın tarixi yaddaşının özünə qaytarılması və milli şüurun oyanışı, azərbaycançılıq məfkurəsinin ideoloji sütuna çevrilməsi kimi fundamental məsələlərin çox dəqiqliklə və cəsarətlə həllini tapması, milli ziyalı təbəqəsinin formalaşdırılması istiqamətində atdığı addımlar Azərbaycanın gələcəkdə müstəqil xəttə malik, heç bir dövlətdən asılı olmayan respublika kimi mövcudluğuna zəmin hazırlayan düşünülmüş tədbirlər olmuşdur. Həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına yönəldilərək gələcək müstəqilliyimizin təmin olunmasına əsas yaratmışdır. Bu dövrdə keçmiş ittifaq miqyasında tanınmış ali məktəblərə göndərilən azərbaycanlı gənclər sonradan müstəqillik illərində ölkəmizin yenidən qurulmasında fəal iştirak etmiş, həmçinin Ulu Öndərin şəxsi təşəbbüsü ilə respublikamızda formalaşdırılmış hərbi kadr potensialı müstəqil Azərbaycan Ordusunun yaranmasında da mühüm rol oynamışdır. Milli mədəniyyət, milli tarix, milli-mənəviyyat məsələlərində müstəqillik elementləri qabarıq şəkildə ortaya qoyulmuşdur.
Bu gün Ulu Öndər Heydər Əliyev ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin ən böyük uğuru illərdir işğal altında olan torpaqlarımızın 2020-ci ildə azad edilməsi oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşdan sonra qazandığımız tarixi Qələbə həm də dahi şəxsiyyətin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi idi.
Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarıdır. xalqın yüksək etimadı ilə Azərbaycan Resbublikası Prezidenti seçilən Ülu Öndər Heydər Əliyev həyata keçidiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyini daimi, dönməz və əbədi etdi.


Naftalan şəhər sakini Faiqə Ağayeva

OXŞAR XƏBƏRLƏR