"Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Bu sözlər, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızı Azərbaycanın maraqları ətrafında birləşdirən "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" ideologiyasının təməlini təşkil edir.
İkinci Qarabağ müharibəsi və sonrakı dövrdə bu kəlam xalqı yumruq kimi birləşdirərək, milli kimliyin qorunması və torpaqların işğaldan azad edilməsi ruhunu gücləndirib. Bu kəlam sadəcə bir ifadə deyil, Azərbaycan xalqının birlik, Vətənə bağlılıq və milli-mənəvi dəyərlərə sadiqlik rəmzidir.
Aqif Hüseynov
Göygöl rayonu Çaylı kənd tam orta ümumtəhsil məktəbinin direktoru










































