Ulu öndərin vəsiyyəti yerinə yetirildi - FOTO

Ulu öndərin vəsiyyəti yerinə yetirildi - FOTO
SOSİAL
16:45 08.12.2023
153
5 dekabr tarixində başlayan və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində beş istiqamət üzrə təşkil edilən layihə və tədbirlər davam edir. Seçilən istiqamətlər göstərir ki, Azərbaycan gəncləri və könüllüləri ulu öndər Heydər Əliyevin gənclərə verdiyi qiymətli tövsiyələrə daim yüksək dəyər verir və bu tövsiyələri şəxsi və peşəkar inkişaflarında rəhbər tuturlar.

Davam edən fəaliyyətlər çərçivəsində 7 dekabr tarixində "Təhsil və elm” istiqaməti üzrə keçirilən "Ulu öndərin vəsiyyəti yerinə yetirildi!” adlı intellektual turnir baş tutub. Ümummilli liderin tövsiyəsi və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Azərbaycanın ərazi bütövlüyünün bərpası” mövzulu turnirdə ümumilikdə 80 nəfərdən ibarət Azərbaycan könüllüsü iştirak edib. "Nə? Harada? Nə zaman?” formatında həyata keçirilən turnir zamanı hər komandada beş nəfər olmaqla 20 komanda mübarizə aparıb. Üç yer üzrə müəyyənləşən qalib komandalar kubok və medallarla təltif olunublar.

Sözügedən tədbirlər arasında SOCAR-ın tərəfdaşlığı ilə Sertifikatlaşdırma və Təlim Mərkəzinə ekskursiya təşkil edilib. Cari ilin əvvəlindən başlayaraq həyata keçirilən layihə üzrə Heydər Əliyev irsini əhatə edən və strateji əhəmiyyət daşıyan yerli və beynəlxalq müəssisələrə könüllülərin iştirakı ilə səfərlər həyata keçirilib. Layihə çərçivəsində 20 könüllü ilk olaraq Mərkəzdə yaradılmış Heydər Əliyev Sərgisi ilə yaxından tanış olub. Daha sonra dənizdə sağ qalma və yanğınla mübarizə, dəniz təlim blokunda xilasetmə vasitələrindən istifadə qaydaları, hovuz təlim kompleksində xilasedici sallar və qayıqlarla bağlı maarifləndirici təlimlərdə iştirak ediblər.

Gün ərzində qeyd edilən layihələr arasında "İdman və Sağlamlıq” istiqaməti üzrə 50-dən çox Azərbaycan Könüllüsünün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndələri ilə görüşü də baş tutub. Nümayəndələr tərəfindən xüsusi olaraq qeyd edilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin zərərli vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı xarakter daşımalıdır.

Qeyd edək ki, "Azərbaycan Könüllülük Həftəsi 2023” Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "ASAN xidmət”in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilir.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
18:51 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
18:39 22.07.2026
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq