Teleaparıcı Ulvira Qarayevanın həyat yoldaşı, meyxanaçı Tərlan Dağlı (Mustafayev) həyat yoldaşından ayrılmaq istəmir
AZXEBER.COM-un məlumatına görə, meyxanaçının prodüseri Elçin Məmmədov bu barədə Lent.az-a açıqlamasında bildirib ki, Tərlan Dağlı həyat yoldaşını geri qaytarmaq istəyir: “Ulvira xanımın boşanmaq istəməsinin günahkarı Tərlan bəydir. Ona görə də, öz səhvini düzəltmək üçün məhkəmədən 3 ay vaxt istəyib. Tərlan dedi ki, Ulviranı geri qaytarmaq mənim qeyrət borcumdur”. Elçin Məmmədov Ulviranın isə “Öz fikrindir, bax gör inandıra bilirsənmi” dediyini söyləyib. Prodüser Tərlan Dağlının özünə qəsd etməsi xəbərinin yalan olduğunu da bildirib: “Hadisə Yasamal rayon ərazisində olub. Bıçaqlanma ərazidə olan müşahidə kameralarının yaxınlığında baş verdiyindən, görüntülər lentə alınıb. Hər iki hadisə eyni şəxslər tərəfindən törədilib. Həmin şəxslər artıq həbs olunublar”. E.Məmmədov bildirib ki, tərəflər arasında münaqişəyə həmin şəxslərin Ulvira Qarayeva haqqında xoşagəlməz sözlər deməsi səbəb olub: “Onlar Ulvira xanım haqqında xoş olmayan sözlər danışırlarmış. Tərlan da bu söz-söhbətlərə aydınlıq gətirən zaman aralarında münaqişə olub”. Qeyd edək ki, 22 yaşlı T.Mustafayev son bir ayda iki dəfə bıçaqlanıb. O, yanvarın 10-da naməlum şəxslər tərəfindən bıçaqlanmışdı. Ağır xəsarət alan T.Mustafayev bir neçə gün əvvəl xəstəxanadan evə buraxılıb. Yanvarın 23-də isə ikinci dəfə qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Hazırda xəstə reanimasiyadan palataya köçürülüb.