Umayra Tağıyeva: “Deyilənlər sadəcə cəfəngiyyatdır“

SİYASƏT
15:00 22.01.2015
1246

“Öz istəyimlə ərizə yazaraq, getmişəm”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən istefa edən Umayra Tağıyeva vəzifədən getməsinin səbəbləri ilə bağlı “Yeni Müsavat” qəzetində yazılanlara aydınlıq gətirib.

U.Tağıyeva bildirib ki, yazılanlar əsassızdır və işdən öz istəyi ilə ərizə yazaraq ayrılıb:“Mən iki dəfə nazirin qəbulunda olmamışam, səhv proqnozlara görə mənə heç bir irad bildirilməyib, töhmət verilməyib. Onu da nəzərinizə çatdırım ki, bizim verdiyimiz proqnozlar hər zaman özünü doğruldub. Mən heç vaxt verdiyim proqnoza görə töhmət almamışam. Bu, həqiqətən belədir. 2002-ci ildən - nazirlik yaranandan mən proqnozlar bürosuna rəhbərlik edirəm. Ondan əvvəl isə 1993-cü ildə mən keçmiş Hidrometeorologiya Komitəsində proqnozlar şöbəsinin rəisi olmuşam. İşdən ayrılmağım mənim öz qərarım olub və öz ərizəmlə, öz xahişimlə vəzifədən getmişəm”.

Qeyd edək ki, redaksiyamıza daxil olan məlumatlarda U.Tağıyevanın yanlış proqnozlar verdiyinə görə, nazir Hüseynqulu Bağırov tərəfindən iki dəfə tənqidlərə məruz qaldığı və bu səbəbdən ərizə yazaraq vəzifədən getdiyi qeyd olunurdu.

OXŞAR XƏBƏRLƏR