Umayra Tağıyeva: "Mülayim isti hava şəraiti həftə sonunadək davam edəcək"

Umayra Tağıyeva: "Mülayim isti hava şəraiti həftə sonunadək davam edəcək"
SOSİAL
15:49 01.06.2022
274
"Hazırda havanın temperaturu iqlim normasından 4 dərəcəyədək yüksəkdir".

AZXEBER.COM xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, mülayim isti hava şəraiti həftə sonunadək davam edəcək.

U.Tağıyeva xatırladıb ki, iyun ayı ilin ən uzun günləri ilə fərqlənir: "Bununla bərabər havanın hərarəti də tədricən yüksəlir və adətən may ayına nisbətən 4-5 dərəcə yüksək olur. Son 21 il ərzində ən isti iyun 2019-cu ildə müşahidə edilib. Bakıda havanın orta aylıq temperaturu 27 dərəcə isti təşkil edib ki, bu da iqlim normasından 4 dərəcə yüksəkdir. 2020-ci il iyunun 3-də Bakıda havanın temperaturu 40.4 dərəcə, 2021-ci il iyunun 26-da 41.2 dərəcə isti olub ki, bununla da, mütləq maksimum temperatur təzələnib. Son 21 il ərzində isə ən sərin iyun 2003-cü ildə müşahidə edilib, iyunun 6-da minimal temperatur Bakıda cəmi 12.6 dərəcə isti olub. Ümumilikdə son 21 il ərzində iyun ayında 16 il havanın aylıq temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək, 5 il isə normadan 1.5 dərəcəyədək aşağı olub. İqlimin istiləşməsini bütün fəsillərdə müşahidə edirik”.

Xidmət rəisi vurğulayıb ki, bu ilin may ayı ölkə ərazisində hava-iqlim dəyişkənliyi ilə daha çox fərqlənib: "İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində hava şəraiti qeyri-sabit, yağıntılı oldu, dağlıq ərazilərdə qar yağdı. May ayı ərzində temperatur 14 gün iqlim normasından 4.5 dərəcəyədək yüksək, 15 gün iqlim normasından 3 dərəcəyədək aşağı, yalnız 2 gün isə norma daxilində olub. Temperatur amplitudası isə 22 dərəcədən artıq olub. Ən minimal temperatur mayın 13-də 10.3 dərəcə isti, ən yüksək temperatur isə mayın 31-də 32.5 dərəcə isti qeydə alınıb. Ayrı-ayrı günlərdə ildırım-dolu prosesi baş verib, 17 dəfə dolu yağıb. Müqayisə üçün 2000-ci ilədək ildə cəmi 4-5 sel hadisəsi qeydə alınırdısa, bu ilin yalnız may ayında leysan xarakterli intensiv yağıntılar nəticəsində sel-daşqın hadisəsi 18 dəfə baş verib”.

Onun sözlərinə görə, mayın 31-də saat 12:00 radələrindən Göygöldə yerləşən Dopler radar vasitəsi ilə sayılı saatlar ərzində ölkənin qərbində lokal ərazini əhatə edən bulud sisteminin yaranması izlənməyə başladı, saat 14:00-15:15 radələrində isə yağan leysan yağış nəticəsində Gədəbəy rayonu Çalburun kəndindən sel keçdi. Bu cür hadisələr son zamanlar gözlənilmədən baş verir və onları yalnız bir-neçə saat öncədən yeni texnologiyaların tətbiqi ilə izləmək mümkün olur. Digər illərdən fərqli olaraq yağıntılı günlərin sayı daha çox olub, yağıntılar ölkə ərazisində qeyri-bərabər paylanıb, bəzi yerlərdə isə normadan çox olub. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 126-190, Daşkəsəndə 119, Altıağacda 149, Zaqatalada 161, Qubada 172, Şəkidə 191, Qobustanda 194, Balakəndə 201, Şamaxıda 212, Qəbələdə 221, Oğuzda 249, Hacıqabulda 102, İmişlidə 122, Bərdədə 144, Yevlaxda 159, Kürdəmirdə 179, Lənkəranda 127, Lerikdə 206 faizini təşkil edib. Qar örtüyünün hündürlüyü Şahdağda 45 sm, Qrızda 15 sm, Xınalıqda 14 sm olub, hava şəraiti küləkli keçib, küləyin sürəti 20 gün 15 m/s-dən çox olub”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”