Umayra Tağıyeva: “Təbii fəlakətlərin sayı artacaq”

Umayra Tağıyeva: “Təbii fəlakətlərin sayı artacaq”
SOSİAL
12:08 28.11.2023
236
"Son zamanlar iqlim dəyişmələri nəticəsində dünyada baş verən təbii fəlakətlərin intensivliyi artır”. 

AZXEBER.COM-un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib. 

Onun sözlərinə görə, iqlim dəyişiklikləri ölkələrin iqtisadi inkişafına da təsir edir:

"Alimlərin sözlərinə görə, iqlim dəyişiklikləri nəticəsində baş verən təbii fəlakətlərin sayı artacaq”.

U.Tağıyeva əlavə edib ki, işğaldan azad olunan ərazilərdə karbon neytrallığına nail olmaq əsas hədəflərindən biridir.
OXŞAR XƏBƏRLƏR