Umayra Tağıyeva: "Ötən gün dekabr ayı üçün nisbətən soyuq hava qeydə alınıb"

Umayra Tağıyeva: "Ötən gün dekabr ayı üçün nisbətən soyuq hava qeydə alınıb"
SOSİAL
18:12 02.12.2022
161
"Ötən gün dekabr ayı üçün nisbətən soyuq hava qeydə alınıb və havanın temperaturu iqlim normasından 2.3 dərəcə aşağı olub”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, müşahidələrə görə son 21 il ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb. Orta aylıq temperatur iqlim normasından 5 dərəcə aşağı olub. Bakıda 5 dərəcə şaxta qeydə alınıb, qar örtüyünün hündürlüyü 50 sm-ə çatıb. Naxçıvanda isə 30 dərəcə şaxta olub. Ümumilikdə, düşən yağıntının miqdarı iqlim normasını 6 dəfədən çox aşıb”.

U.Tağıyeva bildirib ki, şiddətli küləklər dekabr ayı üçün səciyyəvidir: "Belə ki, 2015-ci il dekabrın 4-də şimal-qərb küləyinin maksimal sürəti Neft Daşlarında 39 m/s, Bakıda 35 m/s olub. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 8.5 metrə çatıb. 2019-cu il dekabrın 2-də şimal-qərb küləyinin maksimal sürəti Sumqayıtda 40 m/s, Bakıda 38 m/s-ə çatıb”.

Xidmət rəisi vurğulayıb ki, ayrı-ayrı illərdə dekabr ayında fərqli hava şəraiti müşahidə olunub: "Məsələn, 100 illik sıralarda ən isti hava ilə bağlı rekord göstərici 1940-cı il dekabrın 11-də müsbət 27.1 dərəcə ilə müşahidə olunub. 2021-ci il dekabrın 1-də isə havanın temperaturu 26 dərəcəyə yaxınlaşıb. Qeyd edilən göstəricilər bir günlük maksimumlardır. Lakin bütövlükdə, ən isti dekabr ayı son 21 il ərzində 2010-cu ildə qeydə alınıb. Həmin il orta aylıq temperatur iqlim normasından 5.1 dərəcə yüksək olub”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var