Keçmiş nazirin işdən çıxardığı Umayra Tağıyevaya vəzifə verildi

Keçmiş nazirin işdən çıxardığı Umayra Tağıyevaya vəzifə verildi
SOSİAL
15:22 03.05.2018
3733
Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə başlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"un sorğusuna cavab olaraq bildirib ki, U.Tağıyeva bundan sonra nazirlik aparatının Ekoloji təbliğat şöbəsində işləyəcək. 

Onun sözlərinə görə, U.Tağıyeva nazirliyin ekoloji təbliğat sahəsində gördüyü işləri ictimaiyyətə çatdıracaq: "Bəli, bundan sonra Umayra Tağıyeva hava proqnozu, atmosfer havası, Xəzər sularında aparılan monitorinqlərin nəticələri və digər məsələlərlə bağlı vaxtaşırı efirdə görünəcək".
OXŞAR XƏBƏRLƏR