UNEC SOCAR üçün proqnoz hazırlayıb

İQTİSADİYYAT
15:05 31.05.2019
5379
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azeri Light” markalı neftin dünya bazarındakı qiymətinin proqnozlaşdırılması ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) sifariş verib.

"Report" xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov "İqtisadiyyat və İdarəetmə ixtisasları üzrə magistrantların Beynəlxalq Elmi Konfransı”ndakı çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sözügedən sifariş artıq icra olunub: "Mən fürsətdən istifadə edərək, SOCAR-a, onun prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm”.
OXŞAR XƏBƏRLƏR