UNEC və “McDonald’s Azərbaycan” arasında əməkdaşlığın bəhrəsi: Şirkətin dəstək olduğu tələbələrlə müsahibə

UNEC və “McDonald’s Azərbaycan” arasında əməkdaşlığın bəhrəsi: Şirkətin dəstək olduğu tələbələrlə müsahibə
İQTİSADİYYAT
10:37 05.10.2022
477
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və "McDonald’s Azərbaycan” şirkəti fiziki imkanları məhdud olan tələbələrə maliyyə yardım göstərilməsi layihəsi çərçivəsində əməkdaşlığı uğurla davam etdirir.

Xatırladaq ki, UNEC-in rektoru, professor Ədalət Muradov və "McDonald’s Azərbaycan” şirkətinin baş direktoru Oskar Boqopolskinin 2021-ci ildə imzaladığı Memoranduma əsasən, tərəflər tələbələrin müxtəlif istiqamətlər üzrə biliklərinin inkişaf etdirilməsi, istehsalat və könüllü praktiki proqramların təşkili, təlim xərclərinin ödənilməsi, həmçinin sertifikatlaşdırmadan keçmə kimi məsələlərdə əməkdaşlığa başlayıblar.

Memorandumun müddəalarının icrası çərçivəsində ötən il fiziki imkanları məhdud tələbələrə maliyyə yardımının göstərilməsi layihəsinə başlanılıb. Belə ki, müəyyən davamiyyət meyarlarına uyğun olaraq, 15 namizəd arasından 5 UNEC tələbəsi seçilib və onlara maliyyə yardımı göstərilib. "McDonald’s Azərbaycan” şirkəti onların ötən tədris ili üçün təhsil haqqını tam ödəyib.

Bu tələbələrdən biri artıq universitet məzunudur, digər 4 nəfər isə "McDonald’s Azərbaycan” şirkətinin dəstəyi ilə təhsilini davam etdirəcək. Şirkət onların cari tədris ili üçün təhsil xərclərini qarşılayacaq.

Seçilmiş tələbələrdən biri Fransanın Monpelye Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı üzrə təhsilini başa vurmuş Əhməd Abdullayevdir.
 

 

 2022-ci ildə UNEC-in Maliyyə və mühasibat fakültəsini bitirən Əhməd eyni zamanda iki ali təhsil müəssisəsinin diplomunu əldə edib.

"Mən 3-cü qrup əliləm. Bütün lazımi meyarlara cavab verdiyim üçün proqramda iştirak üçün müraciət etmək qərarına gəldim.

Xüsusi komissiya bütün müraciətlərə baxdıqdan sonra yaxşı qiymətlərimi nəzərə alaraq, məni 5 qalibdən biri kimi seçdi. Siyahı 2021-ci ilin dekabrında dərc olundu və orada adımı görəndə sevincimin həddi-hüdudu yox idi. Bu layihə tələbələr üçün əla fürsətdir. Təhsil almaq və inkişaf etmək istəyən gəncləri dəstəklədiyi üçün "McDonald’s Azərbaycan” şirkətinə təşəkkür etmək istəyirəm”.

Müsabiqənin digər qalibi, Biznes və Menecment fakültəsinin 2-ci kurs tələbəsi Telli Yusifli də Ə.Abdullayevlə eyni fikirdədir:

"Mən də xüsusi komissiya tərəfindən seçilən və "McDonald’s Azərbaycan”dan dəstək alan 5 tələbədən biriyəm. Şirkət mənim bütün təhsil xərclərini ödəyir. Bu gözəl təşəbbüsə görə dərin minnətdarlığımı bildirirəm”.

Maliyyə və mühasibat fakültəsinin 4-cü kurs tələbəsi Nəzrin Abbaslı da proqramda iştirakla bağlı təəssüratlarını bölüşüb:

"Şirkət tərəfindən dəstəklənən 5 tələbə arasında olmaq məni çox sevindirdi. O qədər xoşbəxt idim ki, əvvəlcə bunun həqiqət olduğuna inana bilmirdim. Əminliklə deyə bilərəm ki, bu, mənim daha da yaxşı oxumağım və əldə etdiklərimlə kifayətlənməməyim üçün stimul oldu. Bu gözəl proqramın həyata keçirilməsində əməyi olan hər kəsə öz adımdan və ailəmizin adından təşəkkür edirəm!”.

UNEC-in Zaqatala filialının 2-ci kurs tələbəsi Aşabel Osmanova xatırlayaraq deyir ki, "McDonald’s Azərbaycan” şirkətinin onun təhsili ilə bağlı bütün xərcləri öz üzərinə götürməsi haqqında xəbər bütün ailəsi üçün xoş sürpriz olmuşdu.

"Seçilmiş 5 tələbədən biri olduğumu öyrənəndə sevincimin həddi-hüdudu yox idi. "McDonald’s Azərbaycan” bu tədris ilində yenidən təhsil xərclərimi öz üzərinə götürdü və bununla, ailəmizə böyük dəstək vermiş oldu. Tələbə və onun valideynləri üçün bundan böyük sevinc ola bilməz.

Ümid edirəm ki, nə vaxtsa "McDonald's"ın Zaqatala-Balakən bölgəsində də filial açacaq. Orada menecer kimi işləmək şansım olsa, buna şad olaram! Bu gözəl layihəyə görə təşkilatçılara bir daha təşəkkürümü bildirirəm”, - Aşabel Osmanova bildirib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib