UNESCO-nun Forumunda Ermənistanın təxribatçı addımları pislənilib

UNESCO-nun Forumunda Ermənistanın təxribatçı addımları pislənilib
SİYASƏT
17:46 11.12.2017
1201

Koreya Respublikasının Jeju adasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası başa çatıb. Sessiyada UNESCO-ya üzv dövlətləri təmsil edən nümayəndələrlə yanaşı, UNESCO-da akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər. Sessiya çərçivəsində keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə QHT Forumunda Azərbaycanı "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov təmsil edib.
Fazil Qasımov Forumda Ermənistan nümayəndəsinin, Komitə üzvlüyündən sui-istifadə edərək Azərbaycanın təqdim etdiyi bütün nominasiya fayllarına provokativ müdaxiləsinə və siyasi şərhlərinə etiraz edib, Forumun yekun bəyanatında Konvensiyanın ruhuna xələl gətirən bu cür əməllərin kəskin pislənilməsini tələb edib. İctimai Birliyin nümayəndəsi, QHT-lərin sülhə, dialoqa və mədəni irsin qorunmasına sadiq olduqlarını ifadə etmək üçün UNESCO sessiyasında iştirak etdiklərini bildirib, sessiyada nifrət çıxışları edilməsinin təəssüf doğurduğunu və bunun yolverilməz olduğunu qeyd edib.
İctimai Birliyin tələbi nəzərə alınaraq, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə QHT Forumunun yekun bəyanatında Qiymətləndirici Orqan tərəfindən verilən qərarlara sistematik şəkildə Komitə üzvləri tərəfindən yersiz müdaxilələr edilməsinin Konvensiyanın nüfuzuna xələl gətirdiyi və Qiymətləndirici Orqanın mövqeyini zəiflətdiyi qeyd olunub, UNESCO Konvensiyasının missiyasının ölkələr arasında rəqabət yaratmaq olmadığı vurğulanıb.

https://www.ichngoforum.org/ich-ngo-forum-statement-12-com/

Sessiya çərçivəsində QHT-lərin fəaliyyəti ilə bağlı təqdimat materialları Jeju Beynəlxalq Konfrans Mərkəzində nümayiş edilib.
İctimai Birliyin nümayəndəsi Fazil Qasımov qonaqlara Azərbaycan musiqi sənəti və folklor nümunələri ilə bağlı audiovizual materialları və Aşıq Şəmşirin portretini hədiyyə edib.
Qeyd edək ki, 2016-cı il iyunun 1-də UNESCO-nun "Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə qurumda məsləhətçi status verilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
10:04 14.06.2025
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
09:59 14.06.2025
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
09:57 14.06.2025
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
09:47 14.06.2025
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
09:46 14.06.2025
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
09:41 14.06.2025
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
09:38 14.06.2025
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
02:47 14.06.2025
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
01:36 14.06.2025
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
00:37 14.06.2025
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
23:54 13.06.2025
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
23:44 13.06.2025
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
23:33 13.06.2025
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
İran ordusuna yeni baş komandan təyin edildi
23:29 13.06.2025
İran ordusuna yeni baş komandan təyin edildi
KİV: İsrailin qadın pilotu İranda əsir götürülüb
23:24 13.06.2025
KİV: İsrailin qadın pilotu İranda əsir götürülüb
İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu
23:09 13.06.2025
İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu